Qətərin Sosial Təminat Təşkilatının nümayəndə heyəti Azərbaycana səfər edəcək

DSMF sədri Səlim Müslümov qonağı mərkəzləşdirilmiş idarəetmə, fərdi uçotun avtomatlaşdırılması sistemləri, tədris otağı, sosial sığorta şəhadətnamələrinin çapı mərkəzi, müasir avadanlıqla təchiz olunmuş arxivlə yaxından tanış edib. Sığorta-pensiya sahəsində həyata keçirilən islahatlardan danışan S.Müslümov vurğulayıb ki, əhalinin pensiya təminatının qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin strateji istiqamətlərindəndir. Azərbaycanda 2006-cı ildən yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli struktura əsaslanan əmək pensiyaları sisteminin fəaliyyətdə olduğunu deyən S.Müslümov bu sistemin fəaliyyəti dövründə əmək pensiyalarının istər minimal məbləği (baza hissəsi), istərsə də orta aylıq məbləğinin əhəmiyyətli şəkildə artdığını qeyd edib.
S.Müslümov bildirib ki, hazırda Azərbaycanda sığorta-pensiya sisteminin növbəti mərhələsini özündə əks etdirən Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramının (2009-2015-ci illər) icrasına başlanılıb. Proqramın icrası nəticəsində sığorta-pensiya sisteminin işinin tam avtomatlaşdırılmış qaydada təşkili və onu çalışdıracaq kadr potensialının formalaşdırılmasına, fərdi uçotun və xüsusilə də sığortaolunanların məlumatlandırılması sisteminin inkişafına nail olunacaq. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin olunması və uçotunun avtomatlaşdırılması da qarşıda duran əsas vəzifələrdəndir. Bu məsələnin həlli üçün artıq kifayət qədər iş görülüb, avtomatlaşdırılmış iş yerləri və proqram təminatı hazırlanıb. Hazırda sistemin pilot ərazilərdə tətbiqi həyata keçirilir.
Diplomat isə Azərbaycanda sığorta-pensiya sistemi sahəsində həyata keçirilən islahatların onda böyük maraq doğurduğunu vurğulayıb. Qətərin Azərbaycan təcrübəsinin öyrənilməsi və tətbiqi üçün müəyyən addımların atılmasına çalışacağını nəzərə çatdırıb. Səfir qeyd edib ki, o, Azərbaycan təcrübəsinin öyrənilməsi məqsədi ilə Qətərin Sosial Təminat Təşkilatının nümayəndə heyətinin Bakıya səfər etməsi üçün iş aparacaq.
Xəbər Lenti
Bakıda təhqirə görə tanışını qətlə yetirən şəxsə hökm oxunub
İslam İnkişaf Bankının sığorta qurumu Türkiyə ilə bağlı investisiya layihəsini 37 milyon avro həcmində sığortalayıb
Naxçıvanda 7 nəfər dönərdən zəhərlənib
“Azərbaycan Dəmir Yolları”nın sədrinə yeni müavin təyin edilib
Maliyyə Nazirliyinin rayon idarələri regional idarələrlə əvəz edilib
Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb- FOTO - YENİLƏNİB
İrəvan qazılığının bərpası ilə bağlı qanunlara müvafiq dəyişikliklər təklif ediləcək
Market əməkdaşını bıçaqla hədələyərək soyğunçuluq edən şəxs saxlanılıb
Sabah 31 dərəcə isti olacaq
Bakı metrosunda pik saatlarda interval azaldılıb
Azərbaycan-İran birgə təlimi başa çatıb - VİDEO
Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
OPEC Beynəlxalq İnkişaf Fondu ilə birgə fəaliyyət imkanları müzakirə edilib
İrəvan qazısının fəaliyyəti bərpa olunub, yeni qazı təyin edilib - YENİLƏNİB-1
QMİ sədri: Erməni kilsəsi Ermənistanla qonşu olan bütün region ölkələri üçün böyük təhlükə kəsb edir
Həcc ziyarəti üçün ayrılan kvota dolub
Allahşükür Paşazadəyə yeni müavin təyin edilib
Allahşükür Paşazadə: Ermənilər Qərbi Azərbaycan məscidlərindəki nadir Quran nüsxələrini hərraclarda satıb
Litva diplomatik pasportlara malik Gürcüstan vətəndaşları üçün viza rejimi tətbiq edib
MDB Miqrasiya Orqanları Rəhbər Şurasının sədri seçilib
Qurban bayramının namaz vaxtı açıqlanıb
Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri təyin edilib
Səfir İsrail diplomatlarını qorumaq üçün sarsılmaz öhdəliyə görə Azərbaycana təşəkkür edib
Qurban bayramı ilə bağlı fətva verilib - YENİLƏNİB
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub
Sabah ölkədə pensiyalar tam ödəniləcək
Möminə xatun türbəsinin bərpası və konservasiyasına 1 milyon manat ayrılıb - SƏRƏNCAM
Vüsal Hüseynov: MDB dövlətləri ilə Azərbaycan arasında aktiv miqrasiya dinamikası mövcuddur
Modriç “Real”dan gedir
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib
“Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” mahnılarını oğurlayan erməni qarmonçunun ifası "Youtube"dən silinib
Benzin və dizel üçün aksiz dərəcəsi kəskin azaldılıb
Təhlükə potensiallı obyektlərin reyestrinin aparılmasının yeni qaydası təsdiqlənib
MDM ABB-nin dividend ödənişini yekunlaşdırıb
Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib - VİDEO
FHN Qəbələdə maye qazdoldurma məntəqələrinin istismarını dayandırıb - VİDEO
Azərbaycanda internet xidmətlərinin inkişafı: - Son 5 ilin statistik təhlili
Netanyahu İsrail diplomatik missiyalarında təhlükəsizliyin artırılması barədə göstəriş verib
Yasamalda narkotacir tutulub
Birbank Visa kartları ilə ölkə xarici ödənişlərdə “Bir dünya fürsət” kampaniyası
Siyəzəndə sex yanıb
Təmiz gələcək naminə Baku Steel Company: Ekoloji dayanıqlıq və səmərəlilik - VİDEO
Azərbaycan XİN İsrailə başsağlığı verib
Ötən gün bank kartlarından 20 min manatdan çox pul oğurlanıb
BFB-nin sədr müavini: Qazaxıstan Fond Birjası ilə bazarların inteqrasiyasına çalışırıq
APA TV-də XƏBƏRAPARAN - CANLI
Süni intellekt hər kəs üçün: Samsung, Galaxy A56 5G, A36 5G və A26 5G modellərini təqdim edir - FOTO
Azərbaycan dili imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan olunub
NYMEX əmtəə birjasında təbii qaz ucuzlaşıb