310 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

310 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 01 dekabr 2009 15:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nizami rayonunda M.H.Kazımov küçəsi, ev 5 ünvanında yerləşən “Ruslan market”də, Keşlə ŞTQ, Kooperativ küçəsi 9 ünvanında Tahir Əsgərova məxsus mağazada, M.H.Kazımov küçəsi 19 ünvanında yerləşən “Keşlə market”də, R.Rüstəmov küçəsi 44C ünvanında yerləşən “Sevimli dad market”də, M.H.Kazımov küçəsi, ev 17A ünvanında Vasif Səmədova məxsus mağazada, Q.Qarayev prospekti, ev 94 ünvanında yerləşən “Dostluq market”də, Q.Qarayev prospekti, ev 94 ünvanında Mərdan Əliyevə məxsus mağazada, Q.Qarayev prospekti, ev 76C ünvanında yerləşən “Əziz market”də, Q.Qarayev prospekti, ev 102 ünvanında “Elşən market”də, Sumqayıt şəhərində 29-cu məhəllə, N.Nərimanov küçəsində Telman Mirzəliyevə məxsus ərzaq mağazasında, Gəncə şəhərində M.C.Paşayev və A.Ələsgər küçələrinin kəsişməsində İspəndiyar Məmmədova məxsus ərzaq malları mağazasında ümumi çəkisi 310 kiloqram olan saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, makaron məmulatları, yağlar, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, pivə, meyvə şirələri, sular, uşaq yeməkləri, kofe və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçılara mal alarkən diqqətli olmağı, onların saxlama müddətinə, etiketlənməsinə xüsusi diqqət yetirməyi tövsiyə edir.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumat vermək xahiş olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR