MBA və TEMPUS proqramları üzrə magistraturaya və Diplomatik Akademiyanın magistraturasına sənəd qəbulu davam edir

MBA və TEMPUS proqramları üzrə magistraturaya və Diplomatik Akademiyanın magistraturasına sənəd qəbulu davam edir
# 03 dekabr 2009 09:53 (UTC +04:00)
Bakı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən noyabrın 26-dan etibarən ali təhsil müəssisələrinin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına sənəd qəbulu aparılır. Komissiyadan APA-ya verilən məlumata görə, ərizə qəbulu haqqında elan “Magistr” jurnalının 8-ci sayında dərc olunub və komissiyanın internet səhifəsində yerləşdirilib.

Qaydalara əsasən bakalavrlar TQDK-nın müvafiq internet səhifəsində "Bakalavrın elektron ərizəsi" formasını doldurur, sonra tələb olunan sənədləri TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasına təqdim edib “Bakalavrın elektron ərizəsi” formasını təsdiqlətdirirlər.

MBA proqramı üzrə magistraturaya ixtisasından asılı olmayaraq bütün bakalavrlar, Diplomatik Akademiyanın magistraturasına ixtisasından asılı olmayaraq bütün bakalavrlar, eyni zamanda magistrlər və bakalavr pilləsinin sonuncu kursunda təhsil alanlar, TEMPUS proqramı üzrə isə yalnız müvafiq ixtisas istiqamətləri üzrə təhsil almış bakalavrlar sənəd verə bilər.

Dekabrın 3-ü saat 12:00-dək 343 bakalavr internetlə “Elektron ərizə” doldurub. Onlardan 192 nəfəri ərizəsini təsdiq etdirib. Sənəd qəbulu dekabr 4-də saat 17:00-da başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR