Gəncədə uyğunluq sertifikatı olmayan oyuncaqlarının aşkarlanması məqsədilə reydlər keçirilib

Gəncədə uyğunluq sertifikatı olmayan oyuncaqlarının aşkarlanması məqsədilə reydlər keçirilib
# 03 dekabr 2009 10:08 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı Dövlət Nəzarəti Xidməti Gəncənin ticarət obyektlərində uyğunluq sertifikatı olmayan oyuncaqların aşkarlanması məqsədilə reydlər keçirib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, yoxlamalar nəticəsində məlum olub ki, satışda olan Çin istehsalı olan oyuncaqların əksəriyyəti mənşəyi bəlli olayan məhsullardan hazırlanıb. Qeyd edək ki, belə oyuncaqların satışı ilə məşğul olan fiziki şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq iki min manatdan beş min manata qədər, hüquqi şəxslər isə üç min manatdan on min manatadək cərimə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR