Ucarda alça ağacı ikinci dəfə bar gətirib

Ucarda alça ağacı ikinci dəfə bar gətirib
# 03 dekabr 2009 11:21 (UTC +04:00)
Ucar. Zahid Abışov-APA. Azərbaycanın Ucar rayonunda maraqlı təbiət hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, Lək kənd sakini, 1948-ci il təvəllüdlü İslamov Xanməmməd Hüseyn oğlunun həyətyanı sahəsində əkdiyi alça ağacı bu il ikinci dəfə bar gətirib. X. İslamov bu həyətdə 25 ildir yaşadığını, belə bir hadisənin ilk dəfə şahidi olduğunu bildirib.
Dekabr ayı olmasına baxmayaraq, ev sahibi alça ağacının meyvələrini dərdiyi deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR