Tiflis-Qardabani marşrutu üzrə işləyəcək yeni sərnişin qatarı istifadəyə verilib - FOTO

Tiflis-Qardabani marşrutu üzrə işləyəcək yeni sərnişin qatarı istifadəyə verilib - <font color=red>FOTO</font>
# 03 dekabr 2009 12:55 (UTC +04:00)
Qardabani. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın Qardabani rayonunda Tiflis-Qardabani marşrutu ilə işləyən sərnişin qatarının istifadəyə verilməsinin təqdimat mərasimi olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, təqdimatda Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze, Gürcüstan dəmiryollarına xidmət departamentinin direktoru Temur Quliya, parlamentin deputatı Ramin Bayramov, Qardabani rayon icra Hakimiyyətinin başçısı Zviad Epitaşvili və rayonun gürcü və azərbaycanlı ziyalıları, jurnalistlər iştirak ediblər.

Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze APA-ya açıqlamasında bildirib ki, Qardabani əhalisinin daha bir problemi həll edilib: “İndi onlar Tiflisə gedib-gəlməkdə vaxt itirməyəcəklər. Sərnişinlər üçün vaxta qənaət əsas məsələdir. Cəmi 50 dəqiqəyə Tiflisə getmək istəyən sərnişinlər cəmi 50 tetri ( 25 sent-red.) ödəyəcəklər. Bu, çox sərfəli qiymətdir. Qardabanililər bu haqqı qazanıblar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR