Azərbaycanda 15 yaşına qədər uşaqların işləməsi qadağan edilib

Azərbaycanda 15 yaşına qədər uşaqların işləməsi qadağan edilib
# 04 dekabr 2009 11:31 (UTC +04:00)
APA-nın xəbərinə görə, sənəd haqqında Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Sənədə əsasən Ailə Məcəlləsinə və “Uşaq hüquqları haqqında” qanuna əlavə və dəyişikliyin edilməsi nəzərdə tutulur. H. Rəcəbli bu dəyişikliklərin uşaq hüquqlarının qorunmasına xidmət etdiyini, 15 yaşı tamam olmayan uşaqların əməyə cəlb olunmasının yasaqlandığını bildirib. Komitə sədri qanunu pozanlar üçün məsuliyyətin nəzərdə tutulduğunu da diqqətə çatdırıb.

Müzakirələr zamanı çıxış edən Qüdrət Həsənquliyev uşaqların ailələrə verilməsi sahəsində problem olduğunu və bu məsələnin həllini təklif edib. Onun sözlərinə görə, övladlığa uşaq götürmək istəyən vətəndaşlar uzun illər gözləməli olurlar.

Pənah Hüseyn ölkədə 2 milyon 21 min uşağın olduğunu xatırladaraq deyib ki, uşaqların sosial müdafiəsi zəif təşkil edilib.

Siyavuş Novruzov Azərbaycanda uşaqlara dövlət qayğısının hər zaman hiss edildiyini, yeni uşaq evlərinin, orta məktəblərin tikilərək istifadəyə verildiyini bildirib.

Qənirə Paşayeva qanunu pozanlara qarşı ciddi ölçü götürülməsini və qanunun icrasına nəzarətin həyata keçirilməsini vacib sayıb. O qeyd edib ki, uşaqların ağır işlərə cəlb olunması düzgün deyil.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da Azərbaycanda uşaqlara xüsusi qayğı göstərildiyini vurğulayıb.

Müzakirələrdən sonra sənəd təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR