Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu: Vaksin istehsal edən şirkətlərdən heç birinə imtiyaz verilməyib

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu: Vaksin istehsal edən şirkətlərdən heç birinə imtiyaz verilməyib
# 04 dekabr 2009 13:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu kütləvi informasiya vasitələrində H1N1 pandemiya qripinə (“donuz qripi”) qarşı vaksin üzərində çalışan qurum ekspertlərinin müxtəlif tərəflərin maraqlarını güdməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Təşkilatın Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, belə fikirlər həqiqətə uyğun deyil: “Vaksin insanları H1N1 pandemiyasından qorumaq üçün ən yaxşı vasitə kimi özünü göstərib. Vaksin istehsal edən şirkətlərdən heç birinə imtiyaz verilməyib. Təşkilatın tələblərinə cavab verən istənilən şirkət onun iclaslarının müşahidəçi qismində iştirakçısı ola və bu prosesdə iştirak edə bilər. Səhiyyə Təşkilatının strateji məsləhətçi-ekspertlər qrupu (SAGE) öz tövsiyələrini verir, son qərarlar isə üzv ölkələrin maraqlarını nəzərə alaraq təşkilatın rəhbərliyi tərəfindən qəbul edilir”.

Məlumatda bildirilir ki, kütləvi informasiya vasitələrində adı çəkilən ekspertlərin heç biri SAGE üzvü deyil və onların müşahidəçi kimi məsləhət və ya səs vermək hüququ yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR