Samux rayon Statistika İdarəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib

Samux rayon Statistika İdarəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib
# 07 dekabr 2009 14:59 (UTC +04:00)
Samux. Ayxan Hüseynov-APA. Bu gün Samux rayon Statistika İdarəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, ötən ilin mayında tikintisinə başlanılmış 2 mərtəbəli idarə binasında bütün otaqlar kompüter və digər avadanlıqlarla təchiz edilib. Açılış mərasimində iştirak edən Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Həmid Bağırov 2012-ci ilə qədər republikanın 25 şəhər və rayonlarında yerli idarələr üçün yeni binaların tikintisinin nəzərdə tutulduğunu bildirib: “Artıq Goranboy, Ağdam, Qax, Balakən, Siyəzən, Dəvəçi və Qəbələdə statistika idarələrinin yeni tikilmiş binaları hazırdır. Samux rayonunda bu gün açılışını etdiyimiz bina proqram əsasında tikilən ilk binadır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR