Özbəkistan Milli Kitabxanası Azərbaycan Milli Kitabxanasına 23 adda kitab göndərib

Özbəkistan Milli Kitabxanası Azərbaycan Milli Kitabxanasına 23 adda kitab göndərib
# 08 dekabr 2009 15:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasına 23 adda kitab göndərib. Milli Kitabxanadan APA-ya verilən məlumata görə, kitabların göndərilməsi Özbəkistan Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında bağlanmış qarşılıqlı əməkdaşlıq haqqında memorandumun şərtlərinə uyğun olaraq həyata keçirilib. Kİtablar rus, ingilis və özbək dillərindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR