ÜST-nin Azərbaycana “donuz qripi”nə qarşı vaksin göndərməsi ilə bağlı yazışmalar başa çatıb

ÜST-nin Azərbaycana “donuz qripi”nə qarşı vaksin göndərməsi ilə bağlı yazışmalar başa çatıb
# 09 dekabr 2009 12:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. A/H1N1 virusuna (“donuz qripi”) qarşı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycana göndərəcəyi vaksinlərlə bağlı yazışmalar artıq başa çatıb. Bu barədə APA-ya ÜST-ün Azərbaycan üzrə ölkə ofisinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Vüsalə Allahverdiyeva bildirib. Onun sözlərinə görə, hər iki tərəfdən lazım olan bütün sənədlər artıq tam hazırdır. Azərbaycanın Səhiyyə Nazirliyi immunlaşdırmanın aparılması, peyvəndlərin daşınması və saxlanılması ilə əlaqədar planı da təsdiqləyib: “Hazırda ÜST-dən peyvəndin nə zaman göndəriləcəyi ilə bağlı son məlumatı gözləyirik”.

V. Allahverdiyevanın sözlərinə görə, Azərbaycana göndəriləcək 170 min doza peyvənd ilk olaraq tibb işçiləri, xroniki ağciyər xəstəlikləri olan şəxslər və hamiləliyinin sonuncu üç ayında olan qadınlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycana göndəriləcək peyvəndlər ÜST-nın köməkliyi ilə 10 ölkənin (Avstraliya, Belçika, Braziliya, Fransa, İtaliya, Norveç, Sinqapur, İsveçrə, Tailand, ABŞ) özləri üçün tədarük etdikləri peyvənd ehtiyatından təmin ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR