Ağdam rayon Statistika İdarəsinin yeni binası istifadəyə verilib

Ağdam rayon Statistika İdarəsinin yeni binası istifadəyə verilib
# 09 dekabr 2009 19:11 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Ağdam rayon Statistika İdarəsinin yeni binası istifadəyə verilib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, rayonun işğalından sonra sözügedən idarə uzun illər qonşu rayonlarda, daha sonra isə Quzanlı qəsəbəsindəki «Fin evləri» köçkün şəhərciyində fəaliyyət göstərib. 13 nəfərlik kollektivdən ibarət idarənin yeni binasında hər cür şərait yaradılıb.

Açılış mərasimində iştirak edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov bildirib ki, müharibənin acı nəticələrindən irəli gələrək qonşu rayonlarda məskunlaşmış bütün idarə və müəssisələr yaxın gələcəkdə Ağdam ərazisinə köçürüləcək: «Rayonun müxtəlif yaşayış məntəqələrində yerləşən rəsmi qurumların inzibati binaları yüksək səviyyədə təmir ediləcək, bəziləri üçünsə yeni binalar inşa olunacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR