Yağışlar nəticəsində Azərbaycanın çaylarında sululuq artımı müşahidə olunur

Yağışlar nəticəsində Azərbaycanın çaylarında sululuq artımı müşahidə olunur
# 10 dekabr 2009 07:32 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə 2009-cu il dekabr ayının əvvəlindən yağan yağışlar nəticəsində Azərbaycanın çaylarında sululuq artımı müşahidə olunur. ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda ən yüksək sululuq respublikanın Quba-Xaçmaz bölgəsi çaylarında müşahidə olunur və normanın 180-260, Qazax-Gəncə bölgəsi çaylarında normanın 130-180, Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 175-215 faizini təşkil edir.
Hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım 195 m3/san (ongünlük normanın 124 faizi) təşkil edir. 2008-ci ildə isə ongünlük normanın 75 faizi olmaqla 118 m3/san olub. Qanıx çayından Mingəçevir su anbarına axım isə 102 m3/san (ongünlük normanın 133 faizi) təşkil edir. 2008-ci ildə isə ongünlük normanın 95 faizi olmaqla 73 m3/san olub. Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 710 sm, Şirvanda 596 sm, Salyanda 643 sm, Bankədə 414 sm, Araz-Novruzluda isə 455 sm təşkil etmişdir. Hal-hazırda isə Mingəçevir su anbarından buraxılan suyun azaldılması nəticəsində Kür çayının aşağı axınında azalma müşahidə olunub.

Şəmkir su anbarının hazırki səviyyəsi 144,04 metr (2008-də 153,22 metr), Mingəçevir su anbarının səviyyəsi 79,81 metr (2008-də 75,73 metr), Araz su anbarının səviyyəsi isə 771,07 metr (2008-də 771,04 metr) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR