Azərbaycanda pensiyalar arasındakı fərqin aradan qaldırılması ilə bağlı təkliflər hazırlanır

Azərbaycanda pensiyalar arasındakı fərqin aradan qaldırılması ilə bağlı təkliflər hazırlanır
# 21 dekabr 2009 13:06 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu təyin edilmiş pensiyalar arasında fərqin aradan qaldırılması ilə bağlı təkliflər hazırlanmasını planlaşdırır.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, bu məsələ dövlət proqramında qeyd edilib və bundan əvvəl pensiyaya çıxmış şəxslərin pensiyaları və yeni sistemlə pensiyaya çıxanların pensiyaları arasında olan fərqin aradan qaldırılmasını nəzərdə tutur.

Bununla yanaşı, S.Müslümov qeyd edib ki, əmək haqlarının leqallaşdırılması ilə bağlı mexanizmlər müəyyən edilməlidir: “Xüsusən özəl sektorda əmək haqlarının leqallaşdırılmasında problemlər müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə orta aylıq əmək haqqı 296 manatdır. Amma fonda təqdim edilən hesabatlara əsasən, özəl əksər sektora aid müəssisələrdə orta aylıq əmək haqqı 80-85 manatdır”.

Eyni zamanda S.Müslümov bildirib ki, hazırda DSMF bu məsələ ilə bağlı müvafiq orqanlarla birlikdə işlər aparır və növbəti ilin ilk altı ayı ərzində qeyd edilən təkliflərin hazırlanması nəzərə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR