Millət vəkilinin «Nobel mükafatlı qadınlar» kitabı çapdan çıxıb

Millət vəkilinin «Nobel mükafatlı qadınlar» kitabı çapdan çıxıb
# 22 dekabr 2009 11:41 (UTC +04:00)
Bakı-APA. Dekabrın 23-də Bakı Nobel İrsi Fondunda millət vəkili Qənirə Paşayevanın «Nobel mükafatlı qadınlar» kitabının təqdimat mərasimi keçiriləcək. APA-nın məlumatına görə, mərasimdə Nobel Ailə Cəmiyyəti İdarə Heyətinin üzvü, Nobel Xeyriyyə Fondunun həmtəsisçisi və qəyyumu Qustaf Nobel də çıxış edəcək. «Nobel mükafatlı qadınlar» kitabına ön sözü də Qustav Nobel yazıb.

Qeyd edək ki, «Nobel mükafatlı qadınlar» kitabında 1903-2009-cu illər arasında Nobel mükafatına layiq görülmüş 36 qadın laureatın ömür yolu, elmi fəaliyyəti və yaradıcılığı haqqında portret-oçerklər toplanıb. Azərbaycan oxucusuna ilk dəfə olaraq Nobel mükafatçıları olan qadınlar barəsində bir çox mənbələrdən əldə olunmuş biblioqrafik bilgi verilib.

Kitabda eyni zamanda Nobel mükafatçısı olan xanımların fəaliyyət və yaradıcılıqlarının əsas sahəsi, elmə və mədəniyyətə verdikləri töhfələr, habelə dünyanın elm və mədəniyyəti tarixindəki xidmətləri araşdırılıb. Kitab elmin çeşidli sahələrində çalışan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
“Nobel mükafatlı qadınlar” kitabının məsləhətçisi Bakı Nobel İrsi Fondunun prezidenti Toğrul Bağırov, redaktorları isə Pərvanə Məmmədli və Flora Xəlilzadədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR