MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturaya qəbul imtahanlarının ikinci mərhələsi dekabrın 25-də keçiriləcək

MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturaya qəbul imtahanlarının ikinci mərhələsi dekabrın 25-də keçiriləcək
# 22 dekabr 2009 13:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ali məktəblərin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına qəbul imtahanlarının ikinci mərhələsi dekabrın 25-də saat 14:00-da keçiriləcək. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə məlumat verib. O bildirib ki, dekabrın 19-da keçirilən magistraturaya qəbul imtahanının birinci mərhələsinə əsasən ümumi balı 50-dən az olmayan, o cümlədən məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20-dən, informatika və xarici dil üzrə hər birindən topladığı bal 10-dan az olmayan (tədrisi ingilis dilində olan ixtisasları seçmiş bakalavrlar üçün ingilis dilindən topladığı bal 15-dən artıq olmayan) bakalavrlar qəbul imtahanının ikinci mərhələsində iştirak hüququ əldə ediblər. İkinci mərhələdə iştirak hüququ qazanan bakalavrlar dekabrın 21-i saat 17:00-dan etibarən TQDK-nın internet saytında öz elektron ərizələrinə daxil olaraq imtahana buraxılış vərəqəsini çap etdirməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR