“Meyar” kitabının təqdimat mərasimi keçirilib

“Meyar” kitabının təqdimat mərasimi keçirilib
# 22 dekabr 2009 15:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azersun Holding” Mədəniyyət Mərkəzində uşaq təlimində ixtisaslaşmış mütəxəssis Şahnaz Arasın uşaqların təlim tərbiyəsində istifadə üçün nəzərdə tutulmuş “Meyar” kitabının təqdimat mərasimi keçirilib. “Azersun Holding”in İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentindən APA-ya verilən məlumata görə, tədbirdə Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, respublikada fəaliyyət göstərən uşaq evlərinin, uşaq təşkilatlarının nümayəndələri iştirak ediblər. “Azersun Holding”in İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin müdiri Kazım Babayev bildirib ki, 2009-cu ilin “Uşaq ili” çərçivəsində şirkət 100-dən artıq tədbir həyata keçirib.
Kitabın müəllifi Şahnaz Aras kitabın uzun illər ərzində müxtəlif təbəqələrə və fərqli psixologiyalara malik uşaqları əhatə edən araşdırmalarının nəticəsində ərsəyə gəldiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR