Azərbaycan prezidenti 2010-cu il üçün ehtiyac meyarının həddini təsdiq edib

Azərbaycan prezidenti 2010-cu il üçün ehtiyac meyarının həddini təsdiq edib
# 23 dekabr 2009 11:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Prezident İlham Əliyev «Azərbaycan Respublikasında 2010-cu il üçün ehtiyac meyarının həddi haqqında» qanunun qüvvəyə minməsinə dair sərəncam imzalayıb. Bu barədə «APA-Economics»ə prezidentin mətbuat xidmətindən məlumat verilib.

Sərəncamda Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasında 2010-cu il üçün ehtiyac meyarının həddi haqqında» qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb dövlət başçısına təqdim etmək, həmçinin Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu qanuna uyğunlaşdırılmasını təmin etmək tapşırılıb.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə 2010-cu il üçün ehtiyac meyarının həddi 65 manat məbləğində təsdiq edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR