Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Uşaq ili”ndə uğurları ilə seçilən uşaqları mükafatlandırıb - FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Uşaq ili”ndə uğurları ilə seçilən uşaqları mükafatlandırıb - <font color=red>FOTO</font>
# 30 dekabr 2009 09:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2009-cu il “Uşaq ili”ndə uğurları ilə seçilən uşaqlar mükafatlandırılıb. APA-nın məlumatına görə, mükafatlandırma mərasimində şıxış edən komitə sədri Hicran Hüseynova bildirib ki, “Uşaq ili” çərçivəsində həyata keçirilən layihələr təkcə bu il yox, qarşıdan gələn digər illərdə də uşaqlara xidmət edəcək: “Komitə yalnız problemli uşaqlarla bağlı layihələr həyata keçirmir. Azərbaycanda həddən artıq istedadlı uşaqlar var. İstəyirik həmin uşaqların isdedadlarını daha da inkişaf etdirək və ictimaiyyətə tanıtdıraq. “Uşaq ili” başa çatsa da, komitə bu istiqamətdə işini daha da gücləndirəcək”. H. Hüseynovanın sözlərinə görə, isdedadlı uşaqların mükafatlandırılması ənənəyə çevriləcək və gələcəkdə komitə tərəfindən daha çox uşaq mükafatlara layiq görüləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR