ÜST-ün “donuz qripi”nə qarşı göndərəcəyi vaksinlər Azərbaycana yanvarın 7-də gətiriləcək

ÜST-ün “donuz qripi”nə qarşı göndərəcəyi vaksinlər Azərbaycana yanvarın 7-də gətiriləcək
# 05 yanvar 2010 07:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) A/H1N1 virusuna (“donuz qripi”) qarşı göndərəcəyi vaksinlər Azərbaycana yanvarın 7-də gətiriləcək. Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib. Vaksinlər Belçikanın “Qlakso Smit Klayn” şirkəti tərəfindən Kanadada istehsal olunub.

Azərbaycana vaksinlər iki təyyarə reysi ilə göndəriləcək. 172 min doza vaksinin birinci hissəsi yanvarın 7-də, ikinci hissəsi isə yanvarın 14-də gətiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR