“Donuz qripi”nə qarşı peyvənd materialları soyuducu maşınlara yüklənərək Bakının bütün rayonlarına göndərilir

“Donuz qripi”nə qarşı peyvənd materialları soyuducu maşınlara yüklənərək Bakının bütün rayonlarına göndərilir
# 13 yanvar 2010 09:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Dünya Səhiyyə Təşkilatının A/H1N1 virusuna (“donuz qripi”) qarşı Azərbaycana göndərdiyi peyvənd materialları hazırda soyuducu maşınlara yüklənərək Bakının bütün rayonlarına göndərilir. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov məlumat verib. Onun sözlərinə görə, peyvəndlər paytaxtın bütün rayonlarında ayrılmış xüsusi poliklinikalara göndərilir: “Lazım gələrsə, peyvəndləri vurmaq üçün ayrıca mobil briqadalar da fəaliyyət göstərəcək. Peyvəndlərin vurulacağı digər rayonlarda da bunun üçün bir mərkəzi poliklinika ayrılıb”.

V. Qasımov deyib ki, ümumilikdə peyvəndləmə əməliyyatı bir neçə həftə davam edəcək.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatının göndərdiyi peyvəndlərin birinci hissəsi - 90 min doza Azərbaycana yanvarın 8-də çatdırılıb. Peyvəndləməyə Bakı, Sumqayıt, Abşeron və şimal rayonlarından başlanılıb. “Donuz qripi”nə qarşı peyndlərin qalan 82 min dozasının isə yanvarın 14-də gətiriləcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR