Həmkarlar İttifaqları Konfederasiyası Baş Kollektiv sazişi imzalanmaq üçün aidiyyatı dövlət qurumlarına göndərib

Həmkarlar İttifaqları Konfederasiyası Baş Kollektiv sazişi imzalanmaq üçün aidiyyatı dövlət qurumlarına göndərib
# 14 yanvar 2010 09:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Həmkarlar İttifaqları Konfederasiyası Baş Kollektiv sazişin hazırlanması prosesini yekunlaşdırıb. APA-nın məlumatına görə, Konfederasiya sədri Səttar Mehbalıyev jurnalistlərə açıqlamasında bildirib ki, saziş imzalanmaq üçün aidiyyatı dövlət qurumlarına göndərilib: “Bunun böyük əhəmiyyəti var. Bu sazişlə biz dövlətlə, hökumətlə müəyyən məsələləri həll edəcəyik. Baş kollektiv saziş imzalanandan sonra sahə həmkarlar ittifaqları ilə sahə nazirlikləri arasında tarif sazişləri imzalanacaq. O cümlədən, işəgötürənlə həmkarlar təşkilatları arasında kollektiv müqavilələr bağlanacaq. Bu müqavilələrin imzalanması işçilər üçün əlavə hüquqlar yaradır, onlara əlavə müavinətlərdən yararlanmağa imkan verir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR