“Göygöl haqqında” qanun layihəsi hazırlanıb

“Göygöl haqqında” qanun layihəsi hazırlanıb
# 19 yanvar 2010 13:59 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisdə “Göygöl haqqında” qanun layihəsi hazırlanıb. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov açıqlama verib. O bildirib ki, Göygöl dəqiq doğum tarixi olan bir göldür. R. Hüseynov Göygölün 1139-cu ilin sentyabrında, şənbə günü baş verən zəlzələ nəticəsində yarandığını deyib: “Hələ qanun layihəsinin ilkin forması hazırlanıb. Bu sənədin üzərində işləniləcək və daha sonra müzakirəyə təqdim ediləcək”.

R. Hüseynov “Memoriallar, xatirə lövhələri, abidələr” haqqında qanun layihəsi hazırladığını da söyləyib: ”Bu sənədi də yaxın vaxtlarda komitəyə təqdim edəcəyəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR