Tovuzun Xatınlı kəndinə yenidən təbii qaz verilməyə başlayıb

Tovuzun Xatınlı kəndinə yenidən təbii qaz verilməyə başlayıb
# 21 yanvar 2010 08:10 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov-APA. 20 illik fasilədən sonra Tovuz rayonunun Xatınlı kəndinə mavi yanacağın verilməsi bərpa edilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, mavi yanacağın bərpa edilməsi üçün hazırlanan açılış mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva da iştirak edib. Açılış mərasimində çıxış edənlər bölgələrdə və ucqar kəndlərdə əhalinin təbii qaza olan tələbatının ödənilməsi istiqamətində mühüm işlər aparıldığını qeyd edərək Ermənistanla sərhəddə olan kəndlərin sakinlərinin həyat tərzinin yaxşılaşdırılmasının dövlət qarşısında duran vacib məsələlərdən birinə cevrildiyini bildiriblər.

Qeyd edək ki, Xatınlı kəndində mavi yanacaqdan 4 mindən artıq əhali istifadə edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR