Elmira Süleymanova İsveçrədəki Qlobal Humanitar Forumunun baş direktorunu qəbul edib

Elmira Süleymanova İsveçrədəki Qlobal Humanitar Forumunun baş direktorunu qəbul edib
# 22 yanvar 2010 14:10 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova İsveçrədəki Qlobal Humanitar Forumunun baş direktoru Valter Füstü qəbul edib. Ombudsman Aparatından APA-ya daxil olan məlumata görə, tanışlıq məqsədi daşıyan görüşdə E. Süleymanova insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini, həmçinin beynəlxalq təşkilatlarla, habelə xarici ölkələrdəki milli insan hüquqları institutları ilə qarşılıqlı əlaqələrini diqqətə çatdırıb. Müvəkkil Ermənistanın Azərbaycana qarşı uzun müddət davam edən təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilə üzləşən ölkə əhalisinin bir milyon nəfərinin öz doğma yurdunda qaçqına və məcburi köçkünə çevrildiyini, insan hüquqlarının kütləvi şəkildə və kobudcasına pozulduğunu vurğulayıb.

V. Füst Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində səmərəli fəaliyyətini və təşəbbüslərini, əhalinin müxtəlif təbəqələrinin hüquqlarının müdafiəsi sahəsində səylərini yüksək dəyərləndirib. O, təmsil etdiyi qurumun Müvəkkillə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR