Heydər Əliyev Fondunda Rusiyanın tibb xadimləri ilə görüş keçirilib

Heydər Əliyev Fondunda Rusiyanın tibb xadimləri ilə görüş keçirilib
# 22 yanvar 2010 19:39 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun “Tibb xadimləri” seksiyasının bir qrup nümayəndəsi ilə görüşüb.

APA-nın “Azərtac”a istinadən verdiyi xəbərə görə, görüşdə Mehriban Əliyeva rəhbərlik etdiyi Fondun fəaliyyəti haqqında məlumat verib.

Fondun humanitar, xüsusilə səhiyyə sahəsində bir çox layihələr həyata keçirdiyini deyən Azərbaycanın birinci xanımı qaçqın və məcburi köçkün ailələrdən, valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin hər zaman diqqət mərkəzində saxlanıldığını söyləyib.
Azərbaycanda səhiyyə sahəsinin ən yüksək standartlara cavab verməsi üçün görülən işlər haqqında söhbət açılan görüşdə bu sahənin inkişafında beynəlxalq kadr mübadiləsinə, səhiyyə ocaqlarının ən müasir avadanlıqla təmin olunmasına xüsusi diqqət yetirildiyi vurğulanıb.
Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətini yüksək qiymətləndirən qonaqlar Azərbaycana səfərdən məmnun qaldıqlarını bildirərək burada gördüklərinin onlarda xoş təəssürat oyatdığını diqqətə çatdırıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR