Təhsil naziri Misir Mərdanov Ağstafa rayonuna gedib

Təhsil naziri Misir Mərdanov Ağstafa rayonuna gedib
# 25 yanvar 2010 13:33 (UTC +04:00)
Ağstafa. Ayxan Hüseynov-APA. Azərbaycanın təhsil naziri Misir Mərdanov Ağstafa rayonuna səfər edib. APA-nın qərb bürosunun məlumatına görə, rayonda nazirin iştirakı ilə zona müşavirəsi keçirilib. Müşavirədə Ağstafa, Qazax, Tovuz, rayon icra hakimiyyətlərinin başçıları, təhsil şöbələrinin müdirləri, orta təhsil müəssisələrinin direktorları iştirak edib.
Müşavirədə Qazax, Ağstafa və Tovuz rayonlarında təhsilin keyfiyyətinin yüksəldilməsi üçün görülən işlərdən danışılıb. Zona müşavirəsində, həmçinin müəllimlərin kurslara cəlb edilməsi, şagirdlərin bilik səviyyəsinin yüksəldilməsi və s. mövzulara da toxunulub və bu barədə xüsusi tapşırıqlar verilib.
Müşavirədən sonra nazir Misir Mərdanov Ağstafa rayonunun Həsənsu kəndində almanlar tərəfindən 19-cu əsrdə inşa edilmiş binada fəaliyyət göstərən orta məktəbə və Dağ Kəsəmən kənd orta məktəbinə gedərək burdakı vəziyyətlə maraqlanıb.
Nazir, həmçinin Ağstafa rayonunda inşası nəzərdə tutulan yeni Peşə Tədrisi Mərkəzi üçün ayrılmış əraziyə baxış keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR