Böyük Bəhmənli kəndində su təsərrüfatının qurulması ilə bağlı layihə başa çatıb

Böyük Bəhmənli kəndində su təsərrüfatının qurulması ilə bağlı layihə başa çatıb
# 26 yanvar 2010 14:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində Füzuli rayonunun Böyük Bəhmənli kəndində içməli su təchizatı vasitələrinin tikintisi və suvarma kanalının vəziyyətinin yaxşılaşdırılması üzrə layihənin icrası başa çatıb. Yaponiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, layihənin bitməsi ilə bağlı yanvarın 27-də keçirilməsi nəzərdə tutulan tədbir fevralın 3-nə təxirə salınıb.

Bu layihə üzrə qrant müqaviləsi Yaponiya səfirliyi və “PRAKSİS” Sosial İnkişafa Dəstək İctimai Birliyi arasında ötən il oktyabrın 9-da imzalanıb. Layihədən 6264 insan faydalanacaq. Layihənin ümumi dəyəri 97 min ABŞ dollarıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR