Bakıda 8536 nəfər “donuz qripi”nə qarşı peyvənd olunub

Bakıda 8536 nəfər “donuz qripi”nə qarşı peyvənd olunub
# 27 yanvar 2010 08:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Dünya Səhiyyə Təşkilatının A/H1N1 virusuna (“donuz qripi”) qarşı Azərbaycana göndərdiyi 172 min doza peyvəndin birinci hissəsi - 90 min doza Bakı, Sumqayıt, Şirvan şəhərlərinə, 15 rayon və digər dövlət qurumlarının tibb xidmətlərinə paylanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qalan 82 min doza digər rayonlar arasında bölüşdürülərək yerlərə çatdırılacaq.

Bakı şəhərində immunlaşdırmanın aparılması üçün hər rayonda bir poliklinika təyin edilib. Bu günə kimi Bakı şəhəri üzrə 8536 nəfər peyvənd olunub. Vaksinasiya aparılarkən heç bir ağırlaşma halları qeydə alınmayıb.

Növbəti həftədən etibarən peyvəndlər ölkənin digər bölgələrinə də paylanacaq.

Qeyd edək ki, Azərbaycana göndərilən vaksinlər “GlaxoSmithKline Biologicals” şirkətinin istehsalı olan “Arepanrix” peyvəndləridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR