Misirin Ayn-Şəms Universitetinin Türk dili və ədəbiyyatı kafedrasında Azərbaycan dili ikinci dil kimi tədris olunur

Misirin Ayn-Şəms Universitetinin Türk dili və ədəbiyyatı kafedrasında Azərbaycan dili ikinci dil kimi tədris olunur
# 28 yanvar 2010 08:50 (UTC +04:00)
Bakı. İbad Bağırov-APA. Misirin Ayn-Şəms Universitetinin Türk dili və ədəbiyyatı kafedrasında Azərbaycan dili ikinci dil kimi tədris olunur. Bunu APA-ya açıqlamasında universitetin professoru Safsafi Əhməd Əl-Mursi deyib. O bildirib ki, Ayn-Şəms Universitetinin Türk dili və ədəbiyyatı kafedrasında 1998-ci ildən onun təşəbbüsü ilə Azərbaycan dili ikinci dil olaraq tədris olunur. Bu illər ərzində onun başçılıq etdiyi kafedrada 50-dən yaxın tələbə məzun olub. Bu tələbələrdən hal-hazırda biri Bakı Dövlət Universitetinin doktorantura pilləsində təhsilini davam etdirir.
Professor Safsafi Əhməd Əl-Mursi Azərbaycan alimlərinin, yazıçılarının hələ qədim zamanlardan bəri islam mədəniyyətinin inkişafındakı böyük rolunun olduğu vurğulayıb. Azərbaycana artıq 3-cü dəfə gəldiyini, bundan öncə Dünya Azərbaycanlıların Qurultayında iştirak etdiyini deyən professor Bakı Dövlət Universitetinin müasir Azərbaycan ədəbiyyatı kafedrasının rəhbərliyi və Yazıçılar İttifaqının sədri Anar ilə görüşdüyün deyib. Görüşlər zamanı müasir yazıçıların əsərlərini Misirdə tanıtdırmaq mövzusunda müzakirələr apardığını bildirib. Professor Misir Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən tərcümə və araşdırmalar mərkəzində Azərbaycan şairlərinin və yazıçılarının əsərlərinin ərəb dilinə tərcümə olunması təklifini irəli sürüb. Mütəxəssis tərcüməçilər hazırlandıqdan sonra bu proses Misirdəki Milli Tərcümə Mərkəzindədavam etdiriləcək.
Professor Əl-Mursi hal-hazırda “Azərbaycan ədəbiyyatından şeçmələr kitabı” üzərində çalışır. Bu kitabda Azərbaycanın klassik və müasir şairlərinin, yazıçılarının hekayə və romanları yer alacaq. Professorun Ayn-Şəms Universitetinin “Yaxın Şərq problemləri və gələcək araşdırmalar” jurnalında Dağlıq Qarabağ mövzusunda bir neçə məqaləsi də işıq üzü görüb. Dünyanın bir çox ölkələrində çoxsaylı elmi konfranslarda iştirak edən misirli professor 60 məqalənin, 21 kitabın, 21 tərcümə kitabının, 4 lüğətin, ilk “Türkcə-ərəbcə lüğət”in müəllifidir. Onun “Azərbaycan keçmiş və indiki dövrlərdə” adlı kitabı yaxın günlərdə ərəb dilində işıq üzü görəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR