QHT-lərə Dövlət Dəstəyi Şurası 2009-cu ildə göstərdiyi fəaliyyətə dair hesabatı açıqlanıb - FOTO

QHT-lərə Dövlət Dəstəyi Şurası 2009-cu ildə göstərdiyi fəaliyyətə dair hesabatı açıqlanıb - <font color=red>FOTO</font>
# 28 yanvar 2010 13:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2009-cu ildə göstərdiyi fəaliyyətə dair hesabatı açıqlanıb. APA-nın məlumatına görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən şuranın sədri Azay Quliyev QHT-lər üçün maliyyə müsabiqəsi keçirildiyini, müsabiqəyə təqdim olunan 613 layihədən 248-nin icrası üçün 2 milyon 68 min manat vəsaitin ayrıldığını qeyd edib. Bundan əlavə şura mütəmadi olaraq layihələrin icrasına nəzarət edib, aparılan monitorinqlərlə bağlı ictimaiyyətə açıqlamalar verilib. A. Quliyev QHT-lər haqqında qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əlaqələr istiqamətində də addımların atıldığını qeyd edib. O, QHT-lərin məlumat bazasının yaradıldığını və artıq 800-ə qədər QHT-nin koordinatlarının toplandığını da qeyd edib.

Tədbirdə şuranın direktoru Fərasət Qurbanov çıxış edərək ötən il layihə həyata keçirən QHT-lərin monitorinqinin aparıldığını deyib və bu monitorinqin nəticələri ilə bağlı məlumat verib. O bir sıra təşkilatların ümumiyyətlə monitorinq üçün şərait yaratmadığını, bəzi təşkilatların hesabatlarının düzgün hazırlanmadığını, maliyyə yardımının bəzən düzgün xərclənmədiyini qeyd edib. Bununla bərabər o kifayət qədər səmərəli həyata keçirilən layihələrin də olduğunu qeyd edib. 2010-cu il üçün elan olunmuş maliyyə müsabiqəsi barədə danışan F. Qurbanov bəzi QHT-lərin təqdim etdiyi layihələrin düzgün tərtib edilmədiyini, tələb olunan sənədlərin qaydasında olmadığını deyib.

Tədbirdə iştirak edən QHT-lərin nümayəndələri şuranın fəaliyyəti, layihələrin maliyyələşməsi və digər məsələlərlə bağlı öz təkliflərini səsləndiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR