Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edilib

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edilib
# 29 yanvar 2010 14:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu yanvarın 29-dan fevralın 17-si saat 18.00-dək DQMK-da aparılacaq. Sənədlər şəxsən, yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibəyə 3 dövlət orqanından 3 vakant vəzifə çıxarılıb. Bunlar Gənclər və İdman Nazirliyinin Qazax rayon Gənclər və İdman İdarəsində məsləhətçi, Sənaye və Energetika Nazirliyinin hüquqi münasibətlər və metrologiya şöbəsində baş məsləhətçi, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin xarici borcun uçotu və icmallaşdırılması şöbəsində məsləhətçi vəzifələridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR