Göyçay və Ağdaşda “Su-kanalizasiya sisteminin yenidən qurulması” layihəsinin birinci mərhələsi başa çatıb

Göyçay və Ağdaşda “Su-kanalizasiya sisteminin yenidən qurulması” layihəsinin birinci mərhələsi başa çatıb
# 30 yanvar 2010 14:02 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov - APA. Ağdaş və Göyçay şəhərlərində əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihənin birinci mərhələsi başa çatıb. APA-nın yerli bürosunun xəbərinə görə, Asiya İnkişaf Bankının krediti hesabına həyata keçirilən “Su-kanalizasiya sisteminin yenidən qurulması” layihəsinin ilk mərhələsində Ağdaşın Qolqəti kəndində 3, Göyçayın Potu kəndində 4 ədəd artezian quyusu qazılıb, iki ədəd 2000 kubmetrlik və bir ədəd 500 kubmetrlik su anbarı və ötürücü nasos stansiyaları inşa edilib, 6 kilometr uzunluğunda daşıyıcı su xətti çəkilib, transformatorlar quraşdırılıb, suyun keyfiyyətinin öyrənilməsi məqsədilə iki laboratoriya binası tikilib. Həmçinin Ağdaş və Göyçay şəhərlərində bu rayonların su-kanal idarəsi üçün ikimərtəbəli yeni inzibati bina inşa olunub, avtomobillərin və texniki qurğuların təmir-bərpası üçün istehsalat bazası tikilib.

Layihənin ikinci mərhələsini həyata keçirəcək tikinti şirkətinin müəyyən edilməsi üçün yaxın vaxtlarda tender elan ediləcək. Bu mərhələdə hər iki şəhərin içməli su xətləri şəbəkəsinin yenidən qurulması, mənzillərin sayğaclarla təmin olunması, sonra isə kanalizasiya sisteminin yenilənməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR