Yevlaxda regional iqtisadi müşavirə keçirilib

Yevlaxda regional iqtisadi müşavirə keçirilib
# 02 aprel 2010 16:52 (UTC +04:00)
Yevlax. Teymur Zahidoğlu - APA. Yevlaxda Aran və Şəki-Zaqatala iqtisadi rayonlarına daxil olan 20-dək inzibati rayonun İcra Hakimiyyəti başçıları və iş adamlarının iştirakı ilə müşavirə keçirilib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, müşavirədə Prezidentin İcra Aparatının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev və iqtisadi inkişaf naziri Şahin Mustafayev iştirak ediblər.

Tədbirdə sözügedən iqtisadi rayonlarda son illərin iqtisadi göstəriciləri, problemlər, qarşıda duran vəzifələr müzakirə olunub, yol verilən çatışmazlıqlardan danışılıb.

Müşavirədə iştirak edən iş adamlarının diqqətinə çatdırılıb ki, iqtisadiyyat sahəsində mövcud problemlərin aradan qaldırılması üçün dövlət və hökumət qurumları özəl sektorun nümayəndələri tərəfindən irəli sürülən təklifləri dinləməyə, nəzərdən keçirməyə və əlverişli konsepsiyaları reallaşdırmağa hazırdır. İş adamları hazırladıqları təklifləri İqtisadi İnkişaf Nazirliyinə və müvafiq qurumlara təqdim edə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR