Bu il Azərbaycan Dövlət Sosial Müdafiə Fondu 42 mindən çox vətəndaşa fərdi şəxsi hesab açıb

Bu il Azərbaycan Dövlət Sosial Müdafiə Fondu 42 mindən çox vətəndaşa fərdi şəxsi hesab açıb
# 07 aprel 2010 09:30 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu ilin birinci rübündə əlavə olaraq 42 059 sığorta olunana fərdi şəxsi hesab açılıb.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə bildiriblər ki, bununla da aprelin 1-nə olan məlumata görə, Azərbaycanda fərdi şəxsi hesabı olan sığorta olunanların sayı 1 681 988 nəfərə çatıb.

DSMF-nin fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığorta olunanların 926 188 nəfəri kişi, 755 800 nəfəri isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığorta olunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığorta olunanların 447 172 nəfərini əhatə edir.

Bununla yanaşı, fərdi uçot sistemində 30 yaşa kimi sığorta olunan vətəndaşlar 367 471 nəfər, 30-40 yaşa kimi sığorta olunanlar 377 406 nəfər, 50-60 yaşa kimi sığorta olunanlar 343 340 nəfər, 60 yaşdan yuxarı olan sığorta olunanlar isə 146 599 nəfər təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR