Zaqatalada Sevil Qazıyevanın anadan olunmasının 70-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib - FOTO

Zaqatalada Sevil Qazıyevanın anadan olunmasının 70-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 08 aprel 2010 13:36 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Azərbaycanın Zaqatala rayonunda Sosialist Əməyi Qəhramanı və Azərbaycanın ilk qadın mexanizatoru olmuş Sevil Qazıyevanın anadan olunmasının 70-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumata görə, anım mərasimində S. Qazıyevanın baçısı Sona Qazıyeva və yaxınları, Milli Məclisin deputatları Hikmət Atayev, Dünyamin Xəlilov, İcra Hakimiyyəti aparatının nümayəndələri, Balakən, Qax və Şəki rayonlarından qonaqlar iştirak edib. Mərasim iştirakçıəları ilk öncə S. Qazıyevanın Zaqatala şəhərinin mərkəzində ucaldılan büstünü və məzarını ziyarət ediblər. Tədbir daha sonra “Qala düzü” şadlıq sarayında davam edib.
Tədbirdə S. Qazıyevanın əmək fəaliyyətindən bəhs edən süjetlər nümayiş etdirilib.
Mərasimdə Nəbi Xəzrinin “Günəşin bacısı” poemasından teatrlaşdırılmış səhnələr göstərilib.
Tədbirin sonunda S. Qazıyevanın şərəfinə rayonda keçirilmiş şahmat və voleybol yarışlarının qaliblərinə rayon İcra Hakimiyyəti adından mükafatlar təqdim edilib.

Qeyd edək ki, Sosialist Əməyi qəhrəmanı S. Qazıyeva 1940-cı ilin 1 iyun tarixində Zaqatalanın Donbabinə kəndində anadan olub, 1963-cü ilin sentyabr ayının 23-də Beyləqan rayonunda pambıq sahəsində faciəli şəkildə dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR