Dünya Bankı Azərbaycana ali təhsillilərin sayını artırmağı tövsiyyə edir

Dünya Bankı Azərbaycana ali təhsillilərin sayını artırmağı tövsiyyə edir
# 08 aprel 2010 14:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA. Dünya Bankı (DB) Azərbaycan hökumətinə ölkədə ali təhsilli insanların sayını artırmağı tövsiyyə edir.

«APA-Economics»in məlumatına görə, DB-nın Azərbaycandakı nümayəndəliynin rəhbəri Qreqori Yedjeyçak qeyd edib ki, DB ilə Azərbaycan hökumətinin birgə apardığı sorğunun nəticələri ölkədə ali təhsilli vətəndaşların xüsusi çəkisinin aşağı səviyyədə olduğunu göstərib: «Əlbəttə, təhsil problemini qısa bir müddətdə həll etmək mümkün deyil. Bu gün Azərbaycan əhalisinin yalnız 17%-i ali təhsillidir, halbuki, bu göstərici heç olmasa 50% olmalıdır».

Q.Yedjeyçak onu da eqyd edib ki, ali təhsilin inkişaf etdirilməsi üçün kütləvi dəyişikliklərlə yanaşı keyfiyyətli təhsil sisteminin təşkili vacibdir: «Hazırda Azərbaycanda sertifikatlaşdırılmış auditorların sayı 50 nəfər təşkil edir. Lakin bu rəqəm heç olmasa 50 min olmalı idi».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR