Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının açılışı olub

Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının açılışı olub
# 09 aprel 2010 09:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi və “Çağ” Öyrətim Şirkətinin təşkilatçılığı ilə ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş ənənəvi Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-EUROASİA) rəsmi açılışı keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev də iştirak edib.

Olimpiada 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması münasibətilə təşkil olunub. Olimpiadada 33 ölkədən 300-ə qədər iştirakçı yarışacaq. Təşkilat komitəsinə 300-dən çox layihə təqdim olunub və onlardan 97-si (45-i Azərbaycandan, 52-si xarici ölkələrdən) seçilərək münsiflər heyətinin müzakirəsinə verilib. Aprelin 10-da Olimpiadanın rəsmi qapanış və mükafatlandırma mərasimi keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR