Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəsi əməkdaşlıq imkanlarını müzakirə ediblər

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəsi əməkdaşlıq imkanlarını müzakirə ediblər
# 16 aprel 2010 11:00 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəsi Təranə Bəşirova ilə görüşüb. APA-nın xəbərinə görə, görüşdə BAMF ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyi arasında mümkün əməkdaşlıq məsələsi müzakirə edilib. U. Rəhimoğlu rəhbərlik etdiyi qurumun Azərbaycanın regionlarında müxtəlif istiqamətlərdə iş apardığını, bu sahədə böyük təcrübəyə malik olduğunu deyib.

Müzakirə zamanı hər iki təşkilatın nümayəndələri Azərbaycanın ucqar yerlərində icmalar üçün vacib olan müxtəlif proqramlarda BAMF ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı üçün perspektivlər olduğunu vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR