QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndə heyəti Türkiyəyə səfər edəcək

QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndə heyəti Türkiyəyə səfər edəcək
# 20 aprel 2010 10:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Qəzetəçilər Federasiyasının dəvəti ilə aprelin 21-23-də İzmirdə səfərdə olacaq. Şuradan APA-ya verilən məlumata görə, səfərin məqsədi 24 aprel tarixi ilə bağlı ermənilərin qaldırdığı qondarma soyqırımı iddialarına qarşı çıxış edərək, Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını nümayiş etdirmək, ötən əsrdə Qafqazda və Türkiyə ərazilərində baş vermiş müdhiş erməni cinayətləri haqqında əsl tarixi həqiqətləri dünya xalqlarına çatdırmaqdır. Səfər çərçivəsində silsilə tədbirlər, o cümlədən sərgi keçiriləcək. Sərgidə şuranın yardımı ilə QHT layihələri çərçivəsində hazırlanmış təbliğat materialları nümayiş etdiriləcək. Kitab, broşur, sənədli film və fotolardan ibarət bu materiallarda ermənilərin Azərbaycan və Türkiyə ərazilərində törətdikləri soyqırımı cinayətləri ifşa edilir, tarixi gerçəkliklər faktlara və arxiv sənədlərinə istinadən şərh olunur. Sərgidə erməni silahlı quldur dəstələrinin Türkiyə bölgələrinə hücumunu əks etdirən fotoşəkillər ilk dəfə nümayiş olunacaq.

Tədbir çərçivəsində nümayəndə heyətinin uydurma soyqırımı, erməni yalanları və xəyanətləri mövzusunda mətbuat konfransı keçirməsi, müxtəlif televiziya proqramlarında iştirakı, jurnalist birlikləri və İzmir şəhər rəhbərləri ilə görüşü planlaşdırılır. Nümayəndə heyətinə şura üzvü Əliməmməd Nuriyev, şuranın mətbuat xidmətinin rəhbəri Səfər Alışarlı, şuranın eksperti, Parlament Jurnalistləri İctimai Birliyinin sədri Elşad Eyvazlı daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR