Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənovun vəzifədən azad olunmasının səbəbləri açıqlanıb

Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənovun vəzifədən azad olunmasının səbəbləri açıqlanıb
# 23 aprel 2010 11:35 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.

M.Hacıyevin sözlərinə görə, İ.Həsənov nazirliyin kollegiyasının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırılıb, hazırda onun vəzifəsini müavini Emin Şahbazov icra edir.

M.Hacıyev İ.Həsənovun vəzifədən azad olunma səbəblərini də açıqlayıb. Nazirliyin sözçüsü bildirib ki, İ.Həsənovun vəzifəsindən azad edilməsinin səbəblərindən biri Dövlət Baytarlıq Xidməti rəisinin «Aqrolizinq» ASC tərəfindən xaricdən Azərbaycana gətirilən cins düyələrdə baş verən fəsadların aradan qaldırılmasına laqeyd münasibət bəsləməsidir. Buna görə Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının qərarı ilə 2009-cu ilin sentyabrın 4-də İ.Həsənova xəbərdarlıq edilməklə şiddətli töhmət verilməsinə baxmayaraq, heç bir nəticəsi olmayıb. İkinci səbəb isə İ.Həsənovun vəzifə səlahiyyətlərini aşaraq, baytarlıq qanunvericiliyinə zidd olmaqla brusellyoz xəstəliyinə qarşı yeni müalicə preparatı yaratması barədə dezinformasiya yayması olub. M.Hacıyev onu da bildirib ki, kütləvi informasiya vasitələrində bununla bağlı yayılan xəbər xaricdə də rezonans yaradıb. Lakin elmi-tədqiqat baytarlıq institutlarının apardığı araşdırmalar zamanı bu dərmanın effektsiz olduğu müəyyənləşib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR