Azərbaycan Dövlət Filarmoniyasında 23 Aprel - Egemenlik və Cocuq Bayramı ilə bağlı tədbir keçirilib - FOTOSESSİYA

Azərbaycan Dövlət Filarmoniyasında 23 Aprel - Egemenlik və Cocuq Bayramı ilə bağlı tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 23 aprel 2010 11:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün 23 Aprel - Egemenlik və Cocuq Bayramı ilə bağlı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 23 Aprel - Egemenlik və Cocuq Bayramı ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, Türk Dünyası Araşdırmalar Vaqfı, Atatürk Litseyi, Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirə ayrı-ayrı məktəblərin şagirdləri qatılıb.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc bu bayramın Mustafa Kamal Atatürk tərəfindən uşaqlara ərməğan edildiyini bildirib. Bayramın tarixi barədə qısa məlumat verən səfir uşaqlara müraciət edib: “Uşaqlar öz dərslərini yaxşı oxusunlar, elmi qaynaqlarından istifadə etsinlər. Elmli olmaq üçün təkcə dərsliklər kiayət deyil. Davamlı oxumaq, təhsil almaq lazımdır. Uşaqlara verə biləcəyimiz ən gözəl miras onların yaxşı təhsil almasını təmin etməkdir”. Üzünü müəllimlərə üz tutan səfir şagirdlərə türk millətinin tarixini, mədəniyyətini, əxlaq və mədənyyət, elm öyrətməyə çağırıb.

Tədbirdə ayrı-ayrı məktəblərin kollektivləri bədii səhnəciklər nümayiş etdiriblər. Qeyd edək ki, bu bayram 1920-ci ildən qeyd edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR