Astarada atmosfer havasını zəhərləyən avtomobillərin sürücülərinə qarşı inzibati tədbirlərə başlanıb

Astarada atmosfer havasını zəhərləyən avtomobillərin sürücülərinə qarşı inzibati tədbirlərə başlanıb
# 23 aprel 2010 19:29 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 1 saylı ərazi idarəsi ilə Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları “Ekologiya ili” çərçivəsində texniki tələblərə cavab verməyən və sənədləri yerində olmayan avtomobillərin aşkarlanması məqsədilə reydlərə başlayıblar. APA-nın cənub bürosunun məlumatına görə, aprelin 23-də səhər saatlarından axşamadək keçirilən reyd zamanı 30-a yaxın atmosfer havasını zəhərli tullantılarla çirkləndirən və ekoloji tələblərə riayət etməyən nəqliyyat vasitəsii aşkarlanaraq, onların sürücüləri barəsində müvafiq inzibati cəza tədbirləri tətbiq olunub.

Astara rayon DYPB-dən APA-nın yerli bürosuna bu cür reydlərin mütəmadi xarakter daşıyacağı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR