Azərbaycan paytaxtında buludlu hava şəraiti həftə sonuna kimi davam edəcək, yağış yağacaq

Azərbaycan paytaxtında buludlu hava şəraiti həftə sonuna kimi davam edəcək, yağış yağacaq
# 28 aprel 2010 09:10 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, bu gün paytaxtda arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, havanın temperaturu gündüz 12-14 dərəcə, axşam 8-10 dərəcə isti olacaq.

Aprelin 29-da bəzi yerlərdə yağış yağacağı, gündüz kəsiləcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 7-9 dərəcə isti, gündüz 12-15 dərəcə isti olacaq.

Aprelin 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 7-9 dərəcə isti, gündüz 13-16 dərəcə isti olacaq.

Mayın 1-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, havanın temperaturu gecə 8-10 dərəcə, gündüz 14-16 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında aprelin 29-da yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 7-10 dərəcə isti, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 7-11 dərəcə isti olacağı gözlənilir. Aprelin 30-da və mayın 1-də hava şəraiti əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 7-10 dərəcə isti, gündüz 14-19 dərəcə isti olacağı, dağlarda gecə 2-5 dərəcə, gündüz 8-13 dərəcə isti olacağı proqnozlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR