Azərbaycanın bir sıra ali məktəblərində təqaüdlər kart sistemi ilə verilir

Azərbaycanın bir sıra ali məktəblərində təqaüdlər kart sistemi ilə verilir
# 28 aprel 2010 12:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Artıq Azərbaycanın bir sıra ali məktəblərində təqaüdlərin kart sistemi ilə verilməsinə keçmişik”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, artıq ali məktəblərdə bu işə başlanılıb, buna baxmayaraq, bəzi problemlər var: «Təqaüdün həcminin azlığı və təqaüd alanların sayının çoxluğu çətinlik törədir. Kartın illik qiyməti ilə təqaüdü müqayisə edəndə, fərq o qədər böyük olmadığını görə çətinlik çəkirik. Xüsusən bu problemlər daha çox orta ixtisas və peşə təhsili müəssisələri ilə bağlıdır. Biz bu barədə müəyyən siqnallar alırıq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR