Sumqayıtın istilik təminatını yaxşılaşdırmaq məqsədilə qazanxanaların əsaslı təmirinə başlanılıb

Sumqayıtın istilik təminatını yaxşılaşdırmaq məqsədilə qazanxanaların əsaslı təmirinə başlanılıb
# 30 aprel 2010 07:45 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Sumqayıt şəhərinin istilik təminatını yaxşılaşdırmaq məqsədilə «Sumqayıtistiliktəchizat» İdarəsi tərəfindən 2 qazanxanada əsaslı təmir işlərinə başlanıb. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Şəhərin 18-ci mikrorayon və 18-ci məhəllə ərazilərində yerləşən bu istilik qazanxanalarında müxtəlif diametrli istilik xətti, su xətti, elektrik naqilləri yenisi ilə əvəz olunur. Bundan əlavə müxtəlif diametirli siyirtmələr, şəbəkə nasosları dəyişdirilir.

Sumqayıtda «Azəristiliktəchizat» ASC-nin 2010-cu il üçün tərtib etdiyi plan əsasında şəhərin bir sıra məhəllə və mikrorayonlarını əhatə edəcək yeni istilik qazanxanalarının yaradılmasına başlanılıb. Onların istifadəyə verilməsi ilə mərkəzləşdirilmiş şəkildə qızdırılan binaların sayı artacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR