Uşaq və gənclər üçün daha əlverişli siyasət və tədbirlərin müəyyən edilməsi mövzusunda tədbir keçirilib

Uşaq və gənclər üçün daha əlverişli siyasət və tədbirlərin müəyyən edilməsi mövzusunda tədbir keçirilib
# 30 aprel 2010 08:27 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avropa Birliyi, UNİCEF və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə uşaq və gənclər üçün daha əlverişli siyasət və tədbirlərin müəyyən edilməsi mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, AB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib ki AB uşaqların hüquqlarını qorumaq məqsədilə üçüncü ölkələrə yardım edir və 20 il ərzində bu məqsədlə 350 milyard avro xərclənib. Azərbaycan hökuməti ilə bu sahədə əməkdaşlığın nəticə verdiyini deyən səfir, üç istiqamətdə iş aparılacağını söyləyib – uşaqlara kömək, himayədarlıq və sosial rifah.

UNİCEF-in Azərbaycan nümayəndəliyin rəhbəri Mark Herevard qurumun 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərdiyini xatırladaraq ölkənin son illərdə əldə etdiyi uğurlarla yanaşı, uşaqların hüquqlarının qorunması sahəsində müəyyən problemlərin olduğunu da vurğulayıb: “Bütün uşaqlar qida, təhsil və səhiyyə qayğıları ilə təmin olunmalıdır”.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Azərbaycanda uşaqların hüquqlarının qorunması sahəsində qəbul olunmuş qanunları diqqətə çatdıraraq bəyan edib ki, duzun yodlaşdırılması ilə bağlı qanunun qəbul olunması nəticəsində xəstə uşaqların dünyaya gəlməsinin qarşısı alınıb. Hazırda nikaha girən gənclər üçün tibbi arayış tələb olunmasına dair qanun layihəsinin hazırlandığını açıqlayan H. Rəcəbli, Azərbaycanda hazırda 8 min 400 talassemiya daşıyıcısı olduğunu, yaxın 7-8 ildə onların sayının 30 minə çata biləcəyini qeyd edib.

AB-nın Azərbaycan nümayəndəliyinin əməliyyatlar bölməsinin rəhbəri Jan-Luis Lavroff isə bu ilin ikinci yarısında uşaqların hüquqlarının qorunması sahəsində 2 layihə həyata keçirəcəklərini diqqətə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR