Qəbələdə “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional müşavirə keçirilib

Qəbələdə “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional müşavirə keçirilib
# 30 aprel 2010 12:38 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov - APA. Qəbələ rayonunda “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional müşavirə keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkil etdiyi tədbirdə yay mövsümü zamanı taxıl, ot, dənli və texniki bitkilərin biçini zamanı, eləcə də meşə sahələrində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması yolları müzakirə edilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyev “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsi günün aktual məsələsidir”, FHN-in Şimal-Qərb Regional DYNİ-nin rəisi Məmməd Bağırov “Regionda dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi üçün görülmüş işlər və qarşıda duran vəzifələr”, Kənd Təsərrüfatı Nazirliyinin məsul əməkdaşı Vahid Zərgərov “Dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanılması və emalı dövründə yanğın təhlükəsizliyi tədbirləri” mövzularında məruzə ediblər.
Yığıncaqda Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Oğuz, Qax, Şəki, Zaqatala, Balakən və Ağsu rayonlarından kənd icra nümayəndələri və bələdiyyə sədrləri, fermerlər, meşə mühafizəsi və bərpası müəssisələrinin rəhbərləri, “Aqrolizinq” ASC-nin yerli şöbələrinin məsul şəxsləri çıxış edərək yay mövsümünə hazırlıq, taxıl və ot biçini zamanı, eləcə də meşələrdə yanğın hadisəsinin baş vermə səbəbləri, dəyən ziyan, hadisənin qarşısının alınması yolları, qabaqlayıcı tədbirlərin görülməsi üsulları, mövcud imkanlar, yaranan çətinliklər, texnikaların saz vəziyyətdə saxlanılmasının vacibliyi barədə məlumat veriblər.

Rayonlarda taxıl biçini kampaniyasını mütəşəkkil keçirmək və vaxtında başa çatdırmaq, sahələri yanğın təhlükəsindən mühafizə etmək məqsədilə işçi qrupunun yaradılması qərara alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR