May ayında Azərbaycan ərazisində havanın orta aylıq hərarəti iqlim normasına yaxın olacaq

May ayında Azərbaycan ərazisində havanın orta aylıq hərarəti iqlim normasına yaxın olacaq
# 01 may 2010 10:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. May ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı yerlərdə isə normadan bir qədər aşağı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, yağıntılar respublika əraizisində qeyri-bərabər paylanacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

May ayı ərzində Bakı və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 16-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər aşağıdır. Gecələr havanın temperaturu 8-13 dərəcə isti təşkil edəcək, gündüzlər 17-22 dərəcə, üçüncü ongünlüyün bəzi günlərində 28-31 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-21 mm) olacağı proqnozlaşdırılır.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 17-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 10-15 dərəcə, gündüzlər 18 -23 dərəcə, üçüncü ongünlüyün bəzi günlərində isə 28-32 dərəcə isti təşkil edəcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 34-59 mm) bir qədər çox olacağı gözlənilir.

Yuxarı Qarabağ-Xankəndi, Xocavənd, Zəngilan, Qubadlı, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında havanın orta aylıq temperaturunun 8-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər aşağıdır. Gecələr 3-7 dərəcə, gündüzlər 9-14 dərəcə, üçüncü ongünlüyün ayrı-ayrı günlərində 19-24 dərəcə isti gözlənilir. Yağıntının aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 68-122 mm) olacağı ehtimal olunur.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda havanın orta aylıq temperaturunun 17-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 8-13 dərəcə, gündüzlər 17-22 dərəcə isti olacaq, ongünlüyün ayrı-ayrı günlərində 24-29 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 43-68 mm) olacağı proqnozlaşdırılır.

Balakən-Zaqatala-Şəki-Qax-Oğuz-Qəbələ, Şamaxı-İsmayıllı, Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmazda havanın orta aylıq temperaturunun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə, gündüzlər 16-21 dərəcə, mayın üçüncü ongünlüyün ayrı-ayrı günlərində 23-27 dərəcə isti təşkil edəcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 26-166 mm) normadan çox olacağı gözlənilir.

Mərkəzi Aran rayonlarında – Ağdaş,Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Saylan, Neftçalada havanın orta aylıq temperaturunun 18-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi yerlədə isə bir qədər aşağıdır. Gecələr havanın temperaturu 11-14, gündüzlər 18-23 dərəcə isti, üçüncü ongünlüyün ayrı-ayrı günlərində 28-33 dərəcə isti təşkil edəcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 26-62 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik-Yardımlıda havanın orta ayrıq temperaturunun 16-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər aşağıdır. Gecələr havanın temperaturu 10-13, gündüzlər 17-22 dərəcə, üçüncü ongünlüyün bəzi günlərində 24-29 dərəcə isti təşkil edəcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 41-72 mm) bir qədər çox olacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR