Tərtər çayında suyun səviyyəsinin qalxması məcburi köçkünlərin məskunlaşdıqları evlər üçün problem yaradıb

Tərtər çayında suyun səviyyəsinin qalxması məcburi köçkünlərin məskunlaşdıqları evlər üçün problem yaradıb
# 01 may 2010 15:46 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, rayonun Zümrüxan kəndi ərazisində bir sıra evlər təhlükə ilə üzləşib.
Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Məzahir Qasımov APA-nın Qarabağ bürosuna bildirib ki, yaranmış vəziyyətlə bağlı Zümrüxan kəndi ərazisində məskunlaşan 35 ailədən 5-i evakuasiya olunub. Onun sözlərinə görə, Tərtər çayının daşması nəticəsində evlər uçmayıb, lakin əvvəlcədən yarana biləcək bədbəxt hadisənin qarşısının alınması üçün profilaktik tədbirlər görülüb: “Həmin ailələrin hər birinə torpaq sahəsi ayrılıb. Yeni evlərin tikilməsi üçün Fövqəladə Hallar Nazirliyi ilə birgə rayon İcra Hakimiyyəti tədbirlər planı hazırlayacaq”.

M. Qasımov onu da deyib ki, çayın kənarlarında sahilbərkitmə işlərinə başlanılıb: “Suyun daşmasına səbəb son günlər yaxınlıqda yerləşən və işğal altında olan dağlıq bölgələrə yağıntının normadan artıq düşməsi səbəb olub: “Həmçinin keçmiş Ağdərə rayonunun ərazisində yerləşən Sərsəng anbarında su çoxalıb. Ermənilər isə hövzədə suyun həcmini azaltmaq məqsədilə axıntını çaya istiqamətləndiriblər. Bu da çayda normadan artıq suyun olmasına səbəb olub”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR